Abunəlik Siyasəti
Bu siyasət valyuta.info üzərindən WhatsApp abunəliyi və bildiriş xidmətləri ilə bağlı qaydaları müəyyən edir.
1) WhatsApp abunəliyi nədir?
Saytda “Abunə ol” bölməsi vasitəsilə WhatsApp kanalı/mesajlaşma üzərindən gündəlik məzənnə yenilənmələri haqqında məlumat ala bilərsiniz.
2) Üçüncü tərəf reklamları
WhatsApp abunəliyinə qoşulmaqla, üçüncü tərəflərin reklam/təklif bildirişlərini WhatsApp kanalı üzərindən almağa razılıq verirsiniz.
3) İmtina (STOP3)
Yalnız üçüncü tərəf reklamlarından imtina etmək üçün WhatsApp üzərindən stop3 mesajını (+994 51) 711 16 11 nömrəsinə yazın.
4) Tam dayandırma (STOPALL)
WhatsApp üzrə bütün bildirişləri dayandırmaq üçün stopall mesajını (+994 51) 711 16 11 nömrəsinə yazın.
5) Tezlik
Adətən gündə 1 dəfə (yeni günün məzənnəsi dərc ediləndə) bildiriş göndərilə bilər. Fövqəladə hallarda (texniki bildiriş, dəyişiklik, xəbərdarlıq) əlavə mesajlar ola bilər.
6) Məsuliyyət
Mesajların gecikməsi, çatmaması, WhatsApp platformasındakı problemlər və ya istifadəçinin internet/telefon problemlərinə görə Sayt məsuliyyət daşımır.
7) Məlumatların emalı
Abunəlik üçün təqdim etdiyiniz telefon nömrəsi və texniki məlumatlar yalnız xidmətin göstərilməsi, təhlükəsizlik və keyfiyyətin artırılması məqsədi ilə emal olunur. Ətraflı: Məxfilik Siyasəti.
8) Dəyişikliklər
Bu siyasət yenilənə bilər və dərc olunduğu andan qüvvəyə minir.
