Məxfilik Siyasəti
Son yenilənmə: 08.02.2026
Bu sənəd valyuta.info saytında məlumatların necə toplanması, istifadə edilməsi və qorunmasını izah edir.
1) Toplanan məlumatlar
- Texniki məlumatlar: IP ünvanı, brauzer/cihaz məlumatı, səhifə baxış statistikası (hit/host və analitika).
- Form məlumatları: “Reklam yerləşdir” və “Abunə ol” bölmələrinə daxil etdiyiniz məlumatlar (məs: telefon, e-mail, ad/soyad, şirkət adı və s.).
- Bildirişlər (Push/PWA): Bildirişləri aktiv etdikdə, brauzerin yaratdığı abunəlik identifikatoru (endpoint və açarlar) saxlanıla bilər.
- Yüklənən fayllar: Reklam faylı və ödəniş qəbzi kimi fayllar (yalnız göndərdiyiniz halda).
2) Məlumatların istifadə məqsədləri
- Xidmətin göstərilməsi və stabil işləməsi;
- Təhlükəsizlik, sui-istifadənin qarşısının alınması;
- Statistika və xidmət keyfiyyətinin artırılması;
- Sizin müraciətlərinizə cavab vermək (məs: reklam sorğusu, WhatsApp abunəliyi).
3) Üçüncü tərəflər
Saytda üçüncü tərəf reklamları və ya linkləri ola bilər. Bu tərəflərin məxfilik praktikalarına görə sayt məsuliyyət daşımır.
4) Məlumatların paylaşılması
Şəxsi məlumatlar satılmır və icarəyə verilmir. Yalnız qanuni tələb olduqda və ya xidmətin təmin edilməsi üçün zəruri hallarda (məs: e-mail göndərişi) minimal məlumat ötürülə bilər.
5) Saxlama müddəti
Məlumatlar yalnız məqsəd üçün zəruri olduğu müddətdə saxlanılır. Reklam sorğularına aid fayllar və məlumatlar əməliyyat tamamlandıqdan sonra arxivləşdirilə və ya silinə bilər.
6) Hüquqlarınız
Məlumatlarınızla bağlı sualınız və ya düzəliş/silmə tələbiniz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
7) Dəyişikliklər
Bu siyasət yenilənə bilər və dərc olunduğu andan qüvvəyə minir.
